Pressa.az » Dünya » Pezeşkian Trampa sərt cavab verdi: "Nə qələt edirsən, et!"

Pezeşkian Trampa sərt cavab verdi: "Nə qələt edirsən, et!"

12 mart 2025, Çərşənbə, 09:11
Pezeşkian Trampa sərt cavab verdi: "Nə qələt edirsən, et!"

İran Prezidenti Məsud Pezeşkian amerikalı həmkarı Donald Trampın Ukrayna lideri Volodimir Zelenski ilə davranışını utancverici adlandırıb.

Bu barədə Liderxeber.az "Azad İran" "Telegram" kanalına istinadla xəbər verir.

"Zelenskiyə qarşı etdiyi davranış həqiqətən utancvericidir. Onların "biz sənə bunu etməyi, bunu etməməyi əmr edirik, yoxsa belə edərəm" demələri qəbuledilməzdir.

Ümumiyyətlə səninlə danışıqlara gəlməyəcəyəm, nə qələt istəyirsən, et!".