Pressa.az » Dünya » Ukraynada hərbçilərin olduğu mehmanxana raketlə vuruldu

Ukraynada hərbçilərin olduğu mehmanxana raketlə vuruldu

12 mart 2025, Çərşənbə, 16:55
Ukraynada hərbçilərin olduğu mehmanxana raketlə vuruldu

Ukraynanın Dnepropetrovsk vilayətinin Krivoy Roq şəhərində yerləşən "Drujba" mehmanxanasına raket zərbəsi endirilib.

Liderxeber.az xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkədə yayılıb. 

Bildirilir ki, səhər saatlarında raket hücumuna məruz qalan mehmanxanada əcnəbi muzdlular və ukraynalı zabitlər olub. 

Hadisə nəticəsində ölən və yaralananlar barədə məlumat verilmir. Hücumun detalları və məqsədi ilə bağlı araşdırmalar davam edir.