"Google"un hər istifadəçisinin öz rəqəmsal barmaq izi var

"Google" axtarış sisteminin hər bir istifadəçisinin öz rəqəmsal barmaq izi var".
Liderxeber.az Gazeta.ru-ya istinadla xəbər verir ki, bunu "Kasperski laboratoriyası"nın eksperti Anna Larkina deyib.
Onun sözlərinə görə, "barmaq izi" istifadəçinin texniki xüsusiyyətlərinin toplusudur: "Bura cihazda quraşdırılan tətbiqlərin siyahısı, IP ünvanı, lokasiya və s. daxildir".
Ekspert əlavə edib ki, onlayn dələduzluqla mübarizədə "barmaq izi"ndən istifadə edilə bilər:
"Bundan başqa, bu cür məlumatlar reklamların göstərilməsi və ya digər marketinq məqsədləri üçün yararlı sayılır".
Oxşar Xəbərlər:

21 iyul 2024, Bazar günü
Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib

27 sentyabr 2024, Cümə
Gecə fotoşəkilləri üçün müstəsna imkanlara və innovativ süni intellektə malik “Xiaomi 14T” seriyasının satışına start verilib

02 yanvar 2025, Cümə axşamı
Azərbaycanın İKT sektoru: Rəqəmsal iqtisadiyyat dayanıqlı inkişafın yeni drayveri