Trampın rüsumları "iPhone"ların qiymətini 40 faizədək bahalaşdıra bilər

ABŞ Prezidenti Donald Trampın müxtəlif ölkələrdən idxala tətbiq etdiyi rüsumlar "iPhone" smartfonlarının qiymətini 30-40 faiz bahalaşdıra bilər.
Bu barədə Liderxeber.az "Reuters" agentliyinə istinadla xəbər verir.
Bildirilir ki, "iPhone" modellərinin çoxu hələ də Çində istehsal edilir. ABŞ isə bu ölkəyə 54 faiz həcmində rüsum tətbiq edib.
Məlumata görə, hazırda qiyməti 799 dollar (təqribən 1 360 manat - red.) olan "iPhone 16"nın baza modeli 1 142 dollaradək (təqribən 1 941 manat - red.) bahalaşa bilər.
Hazırda 1 599 dollara (təqribən 2 720 manat - red) satılan 6.9 düymlük ekrana və 1 TB yaddaşa malik "iPhone 16 Pro Max" isə 2 300 dollaradək (təqribən 3 900 manat - red.) bahalaşa bilər.
Oxşar Xəbərlər:

21 iyul 2024, Bazar günü
Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib

27 sentyabr 2024, Cümə
Gecə fotoşəkilləri üçün müstəsna imkanlara və innovativ süni intellektə malik “Xiaomi 14T” seriyasının satışına start verilib

21 yanvar 2025, Çərşənbə axşamı
Hava yolunda "meyit bazarı" var? - Rüsumları bəlli olmayan daşıma xidməti...