Tramp ABŞ-nin gömrük rüsumlarının səbəbini açıqladı

ABŞ Prezidenti Donald Tramp aprelin 2-də elan edilmiş gömrük rüsumlarını yüksək qiymətləndirib.
Liderxeber.az-ın verdiyi məlumata görə, bu barədə o, "Truth Social"da yazıb.
"Bizim Çin, Avropa İttifaqı və bir çox başqa ölkələrlə böyük maliyyə defisitimiz var. Yeganə həll yolu hazırda ABŞ-yə onmilyardlarla dollar gətirən rüsumlardır. Onlar artıq işləyir və bu, gözəl mənzərədir", - deyə Tramp bildirib.
O həmçinin ümid etdiyini bildirib ki, bir gün skeptiklər bu tədbirlərin ABŞ üçün nə qədər faydalı olduğunu anlayacaqlar.
Xatırladaq ki, aprelin 2-də Tramp 185 ölkə və ərazidən gələn məhsullara gömrük rüsumlarının tətbiqini elan edib. Tariflərin tətbiq olunduğu ölkələr arasında Azərbaycan da var. Ölkəmiz üçün minimal 10% həcmində gömrük rüsumu müəyyən edilib.
Oxşar Xəbərlər:


