Metroda 16 milyondan çox sərnişin daşındı
Bu ilin oktyabr ayında "Bakı Metropoliteni" QSC 16 milyondan çox sərnişin daşıyıb.
Girişi ödənişsiz olan "Xocəsən" və "Avtovağzal" stansiyalarından, ümumilikdə 556 min 424 sərnişin istifadə edib.
Bu, sentyabr ayı ilə müqayisədə 64 % çoxdur. 1 milyon 683 min 032 sərnişinlə "Koroğlu" stansiyası oktyabr ayına liderlik edib. 20 oktyabr tarixi isə 641 min 442 nəfərlə ən çox sərnişin daşınan gün olub.
NFC və QR bilet vasitəsilə ümumilikdə 8 milyon 879 min 685 ödəniş həyata keçirilib. Sentyabr ayı ilə müqayisədə rəqəmsal ödənişlərin sayı 15,9 % artıb. Gediş haqqının NFC ilə ödənilməsi oktyabr ayında bütün ödənişli sərnişinlərin 43,3 %-ni təşkil edib.
"Əlçatan metro" xidmətindən ay ərzində 113 sərnişin yararlanıb.
Oxşar Xəbərlər:
21 iyul 2024, Bazar günü
Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib
22 iyun 2023, Cümə axşamı
Ödəniş əməliyyatının vasitəçilik xidmətindən istifadə edilməklə aparılması mümkün olacaq
09 yanvar 2025, Cümə axşamı
Azərbaycandan hava nəqliyyatı ilə səfər edənlərin sayı ötən il 30 %-ə yaxın artıb
