Şəhər meydanına “Trampı öldürəcəyik” banneri asdılar - Fotolar
ABŞ-də keçirilən konqres seçkiləri fonunda İranın paytaxtı Tehranın İnqilab Meydanında ABŞ Prezidenti Donald Trampı hədəf alan nəhəng banner yerləşdirilib.
Liderxeber.az xəbər verir ki, pankartda Donald Tramp dəmir barmaqlıqlar arxasında təsvir olunub və üzərində ingilis və fars dillərində “Biz Trampı öldürəcəyik” sözləri yazılıb.
Bununla yanaşı, İran dövlət mediasında yaymlanan başqa bir təsvirdə Donald Tramp, ABŞ Vitse-prezidenti Ceyms Devid Vens, İsrailin Baş naziri Benyamin Netanyahu və Trampın xüsusi nümayəndəsi Stiv Uitkoff alovlar içində, ABŞ və İsrail bayraqlarının fonunda göstərilib. Həmin görüntüdə də eyni ölüm təhdidi nümayiş etdirilib.
Asılan bannerdə 1979-cu ildə ABŞ-nin Tehrandakı səfirliyinin işğalı gününə - Hicri-Şəmsi təqvimi ilə 13 Aban (4 noyabr) tarixinə təsadüf edən nümayişlərə çağırış yer alıb. Əhalidən saat 14:00-da İnqilab Meydanında toplaşaraq hər il keçirilən Amerika əleyhinə aksiyalarda iştirak etmək istənilib.


