“Yeni pandemiyaya hazır olmalıyıq” - ÜST rəhbəri

“Gec-tez yeni pandemiya baş verəcək və bu, nəzəri risk deyil, epidemioloji əminlikdir”.
Liderxeber.az TASS-a istinadən xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus deyib.
O, COVID-19 epidemiyasının dünyada ağır nəticələrini xatırladıb və o, növbəti pandemiyanın özünü çox gözlətməyəcəyini vurğulayıb.
ÜST rəhbəri yeni pandemiyanın 20 il sonra, yaxud sabah başlaya biləcəyini söyləyib:
“Bu baş verəcək və hər halda hazır olmalıyıq. Rəsmi olaraq 7 milyon insan COVID-19-dan öldü, lakin biz həqiqi rəqəmin 20 milyon olduğunu təxmin edirik. İnsan itkisinə əlavə olaraq, pandemiya 10 trilyon dollardan çox qlobal iqtisadi məhsulu məhv edib”.
Oxşar Xəbərlər:

21 iyul 2024, Bazar günü
Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib

27 may 2024, Bazar ertəsi
ÜST Assambleyası Cenevrədə pandemiya sazişi üzrə irəliləyişi nəzərdən keçirəcək

13 mart 2025, Cümə axşamı
“Bu, Azərbaycanın qlobal miqyasda etibarlı tərəfdaş kimi rolunu gücləndirəcək”

23 aprel 2024, Çərşənbə axşamı
Azərbaycan və Rusiya prezidentlərinin BAM veteranları və işçiləri ilə birgə görüşü keçirilib - FOTO