Pressa.az » Dünya » Bəşər Əsədin silahlı tərəfdarlarının başçısı öldürüldü

Bəşər Əsədin silahlı tərəfdarlarının başçısı öldürüldü

09 aprel 2025, Çərşənbə, 09:13
Bəşər Əsədin silahlı tərəfdarlarının başçısı öldürüldü

Suriyanın devrilmiş prezidenti Bəşər Əsədin silahlı tərəfdarlarının rəhbəri Həsən İbrahim öldürülüb.

Liderxeber.az SANA xəbər agentliyinə istinadən xəbər verir ki, bu barədə Latakiyadakı İctimai Təhlükəsizlik Baş Departamenti məlumat yayıb.

“Qrupun lideri təhlükəsizlik qüvvələri bölmələrinin üzvləri ilə toqquşub. Nəticədə o, dərhal məhv edilib, onunla birlikdə olanlar isə öldürülüb”, - deyə mənbə bildirib.

Məlumata görə, onunla birlikdə silahlı bölmənin bir neçə üzvü öldürülüb.

İddia olunub ki, Həsən İbrahim orduya və təhlükəsizlik qüvvələrinə hücumlarda iştirak edib.