Pressa.az » Dünya » ABŞ hərbi gəmiləri Panama kanalından sərbəst keçəcəklər

ABŞ hərbi gəmiləri Panama kanalından sərbəst keçəcəklər

10 aprel 2025, Cümə axşamı, 09:37
ABŞ hərbi gəmiləri Panama kanalından sərbəst keçəcəklər

"ABŞ və Panama Panama kanalının təhlükəsizliyi və istifadəsi ilə bağlı birgə bəyannamə imzalamaq niyyətindədir".

Liderxeber.az TASS-a istinadla xəbər verir ki, bunu ABŞ-nin müdafiə naziri Pit Heqset Panamanın ictimai təhlükəsizlik naziri Frenk Abreqo ilə keçirdiyi birgə mətbuat konfransında deyib.

"Biz Panama kanalının təhlükəsizliyini təmin edirik və Çinin zərərli təsirinə qarşı mübarizə aparırıq. Panama kanalı Çin tərəfindən deyil, ABŞ tərəfindən qorunmalı olan əsas bölgədir" , - deyə o vurğulayıb.

P.Heqset bildirib ki, məhz bu səbəbdən ABŞ və Panama təhlükəsizlik sahəsində birgə fəaliyyət haqqnda anlaşma memorandumu imzalayıb:

"Bu mətbuat konfransından dərhal sonra Panama kanalının təhlükəsizliyi və istifadəsi ilə bağlı birgə bəyannamə imzalayacaqlar, bu da ABŞ hərbi gəmilərinin və yardımçı gəmilərinin kanaldan sərbəst keçməsinə icazə vermək üçün əsas təşkil edir".