Pressa.az » Dünya » Çin ABŞ-nin ən iri korporasiyalarından birinə zərbə vurdu

Çin ABŞ-nin ən iri korporasiyalarından birinə zərbə vurdu

15 aprel 2025, Çərşənbə axşamı, 14:56
Çin ABŞ-nin ən iri korporasiyalarından birinə zərbə vurdu

ABŞ prezidenti Donald Trampın start verdiyi ticarət müharibəsinin növbəti nəticələrindən biri Çin tərəfindən "Boeing" korporasiyasının təyyarələrinin alınmasından imtinası olub.

Liderxeber.az xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi məlumat yayıb. 

Məlumata görə, Çin hökuməti ölkənin aviaşirkətlərinə yalnız "Boeing" təyyarələrinin deyil, ümumiyyətlə ABŞ istehsalı olan aviasiya texnikası və ehtiyat hissələrinin alınmasının dayandırılması göstərişini verib.

Agentlik xatırladır ki, Çin ABŞ məhsullarına qarşı cavab olaraq 125 faiz həcmində rüsumlar tətbiq edib. Bu da ABŞ-də istehsal olunan təyyarələrin və hissələrinin qiymətini Çin aviaşirkətləri üçün qəbuledilməz səviyyəyə yüksəldib.

Pekinin bu addımı "Boeing" şirkətinin səhmlərinin ilkin ticarət mərhələsində 4,6 faiz ucuzlaşmasına səbəb olub. Çin hakimiyyətinin bu hərəkəti "Boeing" üçün gözlənilməz olub. Halbuki proqnozlara görə, qarşıdakı 20 il ərzində Çin qlobal təyyarə tələbatının 20 faizini təmin edəcəkdi.