Pressa.az » Dünya » Rusiyada həbsdən müharibəyə göndərilən azərbaycanlı həlak oldu - Foto

Rusiyada həbsdən müharibəyə göndərilən azərbaycanlı həlak oldu - Foto

17 aprel 2025, Cümə axşamı, 16:36
Rusiyada həbsdən müharibəyə göndərilən azərbaycanlı həlak oldu - Foto

Rusiya-Ukrayna müharibəsində daha iki azərbaycanlı həlak olub.

Liderxeber.az xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat yayılıb.

Bildirilib ki, Ukrayna ordusunun sıralarında Rusiyaya qarşı vuruşan Sənan Möhsümov döyüşlərin birində həlak olub.

Rusiya ordusunun sıralarında Ukraynaya qarşı döyüş əməliyyatlarına qoşulmuş Gürcüstanın Bolnisi rayonunun Arıxlı kənd sakini olan Hüseyn İsayev isə əks cəbhədə həlak olub.

Teleqraf.az-ın məlumatına görə, 1993-cü il təvəllüdlü H. İsayev Rusiyadakı həbsxanadan müharibəyə cəlb edilibmiş. O, Tula vilayətində qəsdən adam öldürmə cinayətinə görə cəzaçəkmə müəssisəsinə yerləşdirilibmiş.