Artıq podkastlara da "Qızıl Qlobus" mükafatı veriləcək

2026-cı ildən etibarən "Qızıl Qlobus" mükafatında "Ən yaxşı podkast" kateqoriyası olacaq.
Liderxeber.az xəbər verir ki, bu barədə mükafatın təşkilatçıları məlumat veriblər.
"Ən yaxşı podkast" nominasiyası ilk dəfə 83-cü "Qızıl Qlobus" mərasimində təqdim olunacaq. Namizədlərin qısa siyahısına altı podkast daxil ediləcək. Onların mükafata namizəd olmaq üçün hansı meyarlara cavab verməli olduqları isə sonradan açıqlanacaq.
2026-cı il üzrə "Qızıl Qlobus" namizədləri 8 dekabrda elan olunacaq. Mükafatlandırma mərasimi isə 11 yanvarda keçiriləcək və 27 kateqoriya üzrə qaliblər açıqlanacaq. Mərasimin aparıcısı Nikki Qleyzer olacaq.