Pressa.az » Dünya » Pezeşkian Türkiyəyə gedir

Pezeşkian Türkiyəyə gedir

11 noyabr 2026, Çərşənbə, 08:54
Pezeşkian Türkiyəyə gedir

İran Prezidenti Məsud Pezeşkian bu gün Türkiyəyə gedəcək.

Liderxeber.az xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.

Bildirilib ki, o, Türkiyənin Antalya şəhərində keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə 31-ci Konfransında (COP31) iştirak edəcək.

İran Prezidenti sammit çərçivəsində iştirakçı ölkələrin dövlət və hökumət başçıları, eləcə də digər rəsmi şəxslərlə ikitərəfli görüşlər keçirəcək.