Pressa.az » Dünya » Paşinyan Türkiyədədir

Paşinyan Türkiyədədir

11 noyabr 2026, Çərşənbə, 09:12
Paşinyan Türkiyədədir

Ermənistan Baş naziri Nikol Paşinyan Türkiyəyə işgüzar səfərə gedib.

Liderxeber.az xəbər verir ki, o, bununla bağlı “Facebook” hesabında video paylaşıb.

Paşinyan Türkiyənin Antalya şəhərində keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə 31-ci Konfransında (COP31) iştirak edəcək.

Ermənistan lideri səfər çərçivəsində bir sıra dövlət və hökumət başçıları, eləcə də digər rəsmi şəxslərlə ikitərəfli görüşlər keçirəcək.