Pressa.az » Dünya » Britaniya polisi "Formula-2" bolidlərini müsadirə etdi

Britaniya polisi "Formula-2" bolidlərini müsadirə etdi

09 may 2025, Cümə, 09:20
Britaniya polisi "Formula-2" bolidlərini müsadirə etdi

Britaniya polisi "Formula-2"də çıxış edən "Haytek" komandasının bir neçə yarış maşınını müsadirə edib.

Liderxeber.az xəbər verir ki, bu barədə "PlanetF1" məlumat yayıb.

Məlumata görə, müsadirə komandanın həmtəsisçisi Uilyam Ouksun həbsi ilə əlaqədardır. Komandanın digər həmtəsisçisi isə Uilyamın böyük qardaşı Oliver Ouks bir neçə gün əvvəl "Formula-1"də çıxış edən "Alpin" komandasının rəhbərliyindən istefa verib.

Uilyam Ouks mayın 1-də üzərində "cinayət mənşəli" böyük məbləğdə nağd pul aşkar edildiyi üçün həbs edilib. Mayın 3-də isə ona qarşı həbs qətimkan tədbiri seçilib. Məlumata görə, bu hadisələr fonunda Oliver Ouks Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərinə uçub.