Liviyanın paytaxtında vətəndaş müharibəsi başlayıb

Liviyanın paytaxtı Tripolidə şiddətli toqquşmalar başlayıb.
Bu barədə Liderxeber.az "Lybia Press" agentliyinə istinadla xəbər verir.
Tripolidəki Milli Birlik Hökumətinin Daxili İşlər Nazirliyi yerli əhalini evlərində qalmağa çağırıb:
"Misrata briqadasının dəstəklədiyi 444-cü döyüş briqadası ilə Təhlükəsizlik və Sabitliyin Qorunması Aparatı arasında davam edən qarşıdurmalara görə Tripolinin bütün sakinlərini evdə qalmağa və öz təhlükəsizlikləri üçün çölə çıxmamağa çağırırıq".
Bildirilir ki, toqquşmalar aparat rəhbəri Abdelqani əl-Kiklinin öldürülməsindən sonra başlayıb.
Liviyanın paytaxtında Mitiqa Beynəlxalq Hava Limanı baş verən toqquşmalara görə fəaliyyətini dayandırıb.