Kürdən Aytacla yanaşı daha 2 nəfərin meyiti tapıldı

Xəbər verdiyimiz kimi, Gürcüstanda aprelin əvvəlindən itkin düşən həmyerlimiz Aytac Məmmədovanın meyiti Tbilisidə Kür çayından tapılıb.
Liderxeber.az-ın “Rustavi 2” telekanalına istinadən məlumatına görə, xilasedicilər axtarış əməliyyatı zamanı Kürdən daha 2 nəfərin meyitini aşkar edərək çıxarıb.
Bildirilib ki, həmin iki nəfər dünən qəza nəticəsində Kürə düşən maşının içərisində olanlardır. Hadisə zamanı avtomobildə 4 nəfər olub, onlardan biri özünü ataraq xilas ola bilib.
Hazırda digər bir şəxsin axtarışları davam etdirilir.
Qeyd olunub ki, axtarış zamanı çaya düşən avtomobil də tapılıb. Axtarış əməliyyatı üçün isə Kürdə suyun səviyyəsinin endirildiyi də vurğulanıb.

Oxşar Xəbərlər:

21 iyul 2024, Bazar günü
Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib

02 oktyabr 2024, Çərşənbə
İlham Əliyev Bakıda keçirilən beynəlxalq konfransın iştirakçılarına müraciət ünvanlayıb - TAM MƏTN

18 fevral 2025, Çərşənbə axşamı
Qazaxıstanda mədənin çökməsi nəticəsində ölən yeddi mədənçinin meyitləri tapılıb – YENİLƏNİB 2