Pressa.az » Dünya » “Rusiyaya qarşı yeni sanksiya paketi hazırdır” - Mertz

“Rusiyaya qarşı yeni sanksiya paketi hazırdır” - Mertz

16 may 2025, Cümə, 09:00
“Rusiyaya qarşı yeni sanksiya paketi hazırdır” - Mertz

Almaniya kansleri Fridrix Mertz bildirib ki, Rusiyaya qarşı yeni sanksiya paketi hazırdır və mayın 20-də Brüsseldə qəbul ediləcək.

Liderxeber.az xəbər verir ki, o bu barədə ZDF telekanalına müsahibəsində deyib.

“Bu paket hazırdır və gələn çərşənbə axşamı Brüsseldə qəbul ediləcək. Məsləhətləşmələr başa çatıb”, - kansler qeyd edib.

Eyni zamanda, Almaniya hökumətinin başçısı sanksiyaların dərhal qüvvəyə minəcəyini vurğulayıb.

“Onlar (red. - məhdudiyyətlər) hazırdır, qüvvəyə minir və növbəti sanksiya paketi hazırlanır”.