Ukraynada Uşaqlar Gününün tarixi dəyişdi

Ukraynada Uşaqların Beynəlxalq Müdafiəsi Gününün tarixi dəyişdirilib.
Liderxeber.az “RBK Ukrayna”ya istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski fərman imzalayıb.
Məlumata görə, Zelenski Uşaqların Müdafiəsi Gününü 20 Noyabr - Ümumdünya Uşaqlar Gününə keçirmək qərarına gəlib.
Əvvəllər Ukraynada Uşaqlar Günü hər il yayın ilk günü - 1 iyunda qeyd olunurdu.
Qeyd edək ki, Uşaqların Beynəlxalq Müdafiəsi Günü hələ 1949-cu ilin noyabrında təsis edilib.