Pressa.az » Dünya » Cənubi Koreyada prezident seçkisi keçirilir

Cənubi Koreyada prezident seçkisi keçirilir

03 iyun 2025, Çərşənbə axşamı, 10:13
Cənubi Koreyada prezident seçkisi keçirilir

Bu gün Cənubi Koreyada prezident seçkisi keçirilir.

Liderxeber.az xarici KİV-ə istinadən xəbər verir ki, sayca 21-ci prezident seçkisində ölkə üzrə 44 milyon 400 min şəxs səsvermə hüququna malikdir.

Qeyd olunur ki, prezident seçkisində qalib olmaq üçün altı nəfər mübarizə aparır. Onlar arasında Demokratiya Partiyasının namizədi Li Ce Myun seçilməyə ən real namizəd hesab olunur, digər iddialı namizəd hakim Xalqın Gücü Partiyasının namizədi Kim Mun Sudur.

Qeyd edək ki, Cənubi Koreyanın sabiq dövlət başçısı Yun Sok Yol impiçment yolu ilə vəzifədən uzaqlaşdırılıb.