ABŞ və Çin ikitərəfli ticarətdə məhdudiyyətləri aradan qaldırır

ABŞ və Çin nümayəndələri Londonda keçirilən danışıqlar zamanı ikitərəfli ticarətdə məhdudiyyətlərin qismən aradan qaldırılması və nadir torpaq metallarının Çindən tədarükünün təmin edilməsi üzrə razılaşmaların icrası üçün fəaliyyət planını razılaşdırıblar.
Liderxeber.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ABŞ-nin ticarət naziri Hovard Latnik jurnalistlərə açıqlamasında bildirib.
"Biz Cenevrə konsensusunun icrasına dair çərçivə razılaşmasına nail olduq", - deyə nazir bildirib.
Latnikin sözlərinə görə, tərəflərin razılaşdırdığı fəaliyyət planı ABŞ Prezidenti Donald Trampa və Çin lideri Si Cinpinə təqdim olunacaq.
Oxşar Xəbərlər:

21 iyul 2024, Bazar günü
Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib

15 aprel 2024, Bazar ertəsi
Xəzərdə yaradılan süni torpaq sahəsinin özgəninkiləşdirilməsinə yol verilməyəcək