Pressa.az » Dünya » Hindistanda 242 nəfərin olduğu təyyarə qəzaya düşdü, ölənlər var

Hindistanda 242 nəfərin olduğu təyyarə qəzaya düşdü, ölənlər var

12 iyun 2025, Cümə axşamı, 14:38
Hindistanda 242 nəfərin olduğu təyyarə qəzaya düşdü, ölənlər var

Hindistanın Qucarat ştatının Əhmədabad Hava Limanı yaxınlığında sərnişin təyyarəsi qəzaya düşüb.

Liderxeber.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Bildirilib ki, “Air India” şirkətinə məxsus olan “Boeing 787” tipli təyyarə Londona uçurmuş. Göyərtəsində 242 nəfər olub.

İlkin məlumata görə, qəza təyyarə havaya qalxdıqdan bir neçə dəqiqə sonra baş verib.

Ölən və yaralananlar barədə hələlik məlumat yoxdur.

***

İlkin məlumata görə, təyyarədə olan 242 nəfərdən 10 nəfəri ekipaj üzvü, 2 nəfəri pilot, qalanları isə sərnişinlər olub.

Təyyarə Meqaninaqar yaxınlığındakı yaşayış massivində qəzaya uğrayıb. 

***

Təyyarədə Hindistanın Qucarat ştatının keçmiş Baş naziri Vicay Rupaninin də ola biləcəyi ehtimal edilir. 

***

İlkin məlumata əsasən, təyyarə qəzasında 40 nəfər həlak olub.

***

“Times Now”un məlumatına əsasən, təyyarədə 169 Hindistan, 53 Britaniya, 1 Kanada, 7 Portuqaliya vətəndaşı olub.

***

“TimesNow” portalı qəza nəticəsində həlak olanların sayının 110 nəfərə çatdığını yazıb.

Yerli polis nümayəndəsi isə brifinq zamanı təyyarənin həkimlər üçün nəzərdə tutulan yataqxana binasının üzərinə düşdüyünü bildirib.