Tramp İsrailin İrana hücumundan əvvəlcədən xəbərdar olub

Amerika prezidenti Donald Tramp İsrailin İrana zərbə endirmək planlarını əvvəlcədən bildiyini, lakin ABŞ-ın əməliyyatda iştirak etmədiyini vurğulayıb.
Liderxeber.az xəbər verir ki, “Fox News” telekanalının jurnalisti Cennifer Griff Ağ Ev rəhbərinin sözlərindən sitat gətirib.
Onun sözlərinə görə, Vaşinqton ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) yüksək hazırlıq vəziyyətində olması ilə Tehranın cavab tədbiri görüb-görməyəcəyini gözləyir.
Tramp deyib ki, İran cavab verərsə, ABŞ özünü və İsraili müdafiə edəcək.
“Biz İranın nüvə bombasına sahib olmasına icazə verə bilmərik və ümid edirik ki, danışıqlar masasına qayıdacağıq. Baxacağıq”.
Oxşar Xəbərlər:

21 iyul 2024, Bazar günü
Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib

23 aprel 2024, Çərşənbə axşamı
Azərbaycan və Rusiya prezidentlərinin BAM veteranları və işçiləri ilə birgə görüşü keçirilib - FOTO

24 dekabr 2024, Çərşənbə axşamı
Suriyada Türkiyəyə beynəlxalq etimad – 24 ildən sonra Dəməşqə daha bir fürsət

06 noyabr 2024, Çərşənbə
Tarixi seçkilər başa çatdı: ABŞ-nin 47-ci prezidenti Donald Trampın vədləri nələrdir?