İran tərəfi olanları “müharibə elanı” adlandırdı

“İsrailin İrana zərbələri nəticəsində 78 nəfər ölüb, 320-dən çox yaralı var”.
Liderxeber.az xəbər verir ki, bunu İranın BMT yanında daimi nümayəndəsi Əmir Səid İrəvani Təhlükəsizlik Şurasının təcili iclasında deyib.
Diplomat İsrailin hücumlarını “müharibə elanı” adlandırıb:
“İndiki vəziyyətdə İsrail rejimini dəstəkləmək hərbi cinayətləri, insanlıq əleyhinə cinayətləri, habelə qlobal sülh və təhlükəsizliyin qəsdən pozulmasını dəstəkləməkdir”.
Diplomat xüsusilə qeyd edib ki, zərbələrin hədəflərindən biri Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) nəzarəti altında olan Natanzdakı nüvə obyekti olub. O, nəticələri İrandan çox uzaqlara çıxa biləcək potensial radioloji fəlakət barədə xəbərdarlıq edib.
Oxşar Xəbərlər:

21 iyul 2024, Bazar günü
Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib

13 mart 2025, Cümə axşamı
“Bu, Azərbaycanın qlobal miqyasda etibarlı tərəfdaş kimi rolunu gücləndirəcək”

03 dekabr 2024, Çərşənbə axşamı
Türkiyə bayraqları ilə gözdağı, Hələbdən başlanan qanlı yol - Suriyanın gələcəyi necə olacaq?