İsrailin Tehrana zərbələri nəticəsində 73 uşaq və qadın ölüb

İsrailin Tehrana hücumları nəticəsində 73 qadın və uşaq ölüb.
Liderxeber.az xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi sosial şəbəkədə yazıb.
“Tehranda son üç həmlədə 73 qadın və uşaq öldürülüb; Çəmran yaşayış kompleksində 20 uşaq öldürülüb, 10 nəfər hələ də 48 saat sonra dağıntılar altında qalıb”, – o qeyd edib.
Onun sözlərinə görə, “İsrail təbliğatı” zərbələri “cərrahi dəqiqliklə, yaşayış yerlərinə zərər vermədən” həyata keçirdiyini iddia etsə də, reallıqda İsrail Müdafiə Qüvvələrinin “cərrahi dəqiqliyi” “ailələr, uşaqlar və qadınları hədəfə almaq”dan ibarət olur.
Oxşar Xəbərlər:

21 iyul 2024, Bazar günü
Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib

24 dekabr 2024, Çərşənbə axşamı
Suriyada Türkiyəyə beynəlxalq etimad – 24 ildən sonra Dəməşqə daha bir fürsət