Tramp sülhdən danışır, İsrail sakinləri sığınacağa səsləyir - Foto

“İsrail və İran, demək olar ki, eyni vaxtda yanıma gələrək “sülh” dedilər”.
Liderxeber.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp “Truth Social”da yazıb:
“Mən bilirdim ki, indi vaxtdır. Onlar dünyanın, eləcə də Yaxın Şərqin əsl qalibləridir! Hər iki millət öz gələcəklərində böyük sevgi, sülh və firavanlıq görəcək. Onların qazanacaqları çox şey var, lakin həqiqət yolundan azarlarsa, itirəcəkləri çox şey olacaq. İsrail və İranın gələcəyi sərhədsizdir və böyük vədlə doludur. Tanrı hər ikinizi qorusun!”
Qeyd edək ki, bu paylaşımın fonunda İsrail ordusu hazırda bir sıra şəhərlərdə yenidən həyəcan siqnallarının işə düşdüyünü bildirərək vətəndaşları sığınacağa səsləyir.


Oxşar Xəbərlər:

21 iyul 2024, Bazar günü
Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib

23 aprel 2024, Çərşənbə axşamı
Azərbaycan və Rusiya prezidentlərinin BAM veteranları və işçiləri ilə birgə görüşü keçirilib - FOTO

10 may 2025, Şənbə
İlham Əliyev Ağdamın Kəngərli kəndinə köçən sakinlərlə görüşüb, onlara evlərin açarlarını təqdim edib - YENİLƏNİB

17 oktyabr 2023, Çərşənbə axşamı
Prezident Füzuli şəhərinə köçmüş sakinlər və rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb