İranın hava məkanının bağlı qalması müddəti yenidən uzadıldı

İran ölkədəki bütün daxili və beynəlxalq uçuşların ləğvini çərşənbə günü saat 13:30-a (Bakı vaxtı ilə 14:00 - red.) qədər uzadıb.
Liderxeber.az xəbər verir ki, bu barədə "Tasnim" məlumat verib.
Qeyd edək ki, iyunun 13-də gecə saatlarında İsrail İranın bir sıra nüvə obyektlərinə və paytaxt Tehrana zərbələr endirib. Bir neçə yüksəkvəzifəli hərbçi və nüvə alimləri həlak olublar. Gərginlik hələ də davam edir.