İrana PUA hücumu oldu

İranın şimalındakı Rəşt şəhərinin ətrafına bir neçə pilotsuz uçuş aparatı ilə hücum edilib.
Liderxeber.az TASS-a istinadən xəbər verir ki, bu barədə Gilan əyalətinin qubernatorunun müavini məlumat yayıb.
“Təxminən bir saat əvvəl bir neçə pilotsuz uçuş aparatı İranın şimalında yerləşən Rəşt şəhərinin ətrafına hücum edib”, - deyə məlumatda qeyd olunub.
Bildirilib ki, hücum hava hücumundan müdafiə qüvvələri tərəfindən dəf olunub, bütün PUA-lar məhv edilib.
Lakin dronların haradan göndərildiyi açıqlanmır.
Oxşar Xəbərlər:

21 iyul 2024, Bazar günü
Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib

12 avqust 2024, Bazar ertəsi
Suriyada ABŞ qüvvələri ilə İranın dəstəklədiyi qruplar arasında gərginlik artır