Tramp Ağ Evdə UFC döyüşünün keçiriləcəyini açıqlayıb

ABŞ Prezidenti Donald Tramp Ağ Ev ərazisində UFC döyüşünün keçiriləcəyini açıqlayıb.
Liderxeber.az xəbər verir ki, Birləşmiş Ştatlar prezidenti bu barədə Müstəqillik Bəyannaməsinin qəbul edilməsinin 250-ci ildönümünə həsr olunan tədbirdə çıxışı zamanı bildirib.
"Təsəvvür edin, Ağ Evin ərazisində UFC döyüşü keçirəcəyik. Bunun üçün kifayət qədər yerimiz var", - deyə D.Tramp qeyd edib.
Onun sözlərinə görə, söhbət 20-25 min tamaşaçının iştirakı ilə keçiriləcək çempion adı uğrunda döyüşdən gedir. Lakin D.Tramp döyüşün tarixini və iştirakçıların adını dəqiqləşdirməyib.
Oxşar Xəbərlər:

21 iyul 2024, Bazar günü
Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib

06 noyabr 2024, Çərşənbə
Tarixi seçkilər başa çatdı: ABŞ-nin 47-ci prezidenti Donald Trampın vədləri nələrdir?

23 aprel 2024, Çərşənbə axşamı
Azərbaycan və Rusiya prezidentlərinin BAM veteranları və işçiləri ilə birgə görüşü keçirilib - FOTO

12 may 2025, Bazar ertəsi
Vaşinqtonda ilk azərbaycanlı xüsusi təyinatlı polis: "Ən yüksək pilləyə qədər getmək istəyirəm"