Pressa.az » Dünya » “Mənə qarşı sui-qəsdə cəhd etdilər”

“Mənə qarşı sui-qəsdə cəhd etdilər”

07 iyul 2025, Bazar ertəsi, 17:32
“Mənə qarşı sui-qəsdə cəhd etdilər”

İran prezidenti Məsud Pezeşkian İsrail hakimiyyətinin ona sui-qəsd təşkil etməyə cəhd etdiyini, lakin bunun uğursuz olduğunu açıqlayıb.

Liderxebet.az Gazeta.ru-ya istinadən xəbər verir ki, Pezeşkian bu barədə amerikalı jurnalist Taker Karlsona müsahibəsində deyib.

“Bəli, onlar (İsrail-red.) cəhd etdilər, buna uyğun hərəkət etdilər, lakin uğursuz oldular”, - İran prezidenti qeyd edib.

Xatırladaq ki, İsrail iyunun 13-də İrana qarşı “Rising lion” əməliyyatına başlayıb. İran isə cavabında İsrailə qarşı “Əsl vəd 3” əməliyyatına start verib. Ötən ayın 24-də isə tərəflər arasında atəşkəs əldə edilib.