Pressa.az » Dünya » Yaponiyada çıxan kitabda Kim Çen Inla bağlı iddia

Yaponiyada çıxan kitabda Kim Çen Inla bağlı iddia

10 iyul 2025, Cümə axşamı, 17:32
Yaponiyada çıxan kitabda Kim Çen Inla bağlı iddia

Şimali Koreya lideri Kim Çen In yeni iddia ilə gündəmə gəlib.

Liderxeber.az xarici KİV-ə istinadən xəbər verir ki, Yaponiyada yayımlanan bir kitabda Kim Çen Inın ana tərəfdən babası Ko Gyo-taekin qaçaqmalçılıq ittihamı ilə Yaponiyadan deportasiya edildiyi və bu səbəblə gənclik illərində Şimali Koreyaya yerləşmək məcburiyyətində qaldığı iddia olunub.

Bildirilib ki, Yoji Gomi tərəfindən yazılan “Ko Yong-hui: Zainichi (Yaponiyadakı koreyalı) və Kim Çen Inın anası” adlı kitab Kimin ailə keçmişindən bəhs edir.

Kitabda Yaponiyada qaçaqmalçılıq yolu ilə geyim ticarəti ilə məşğul olduğu qeyd edilən Gyo-taekin həbs olunduğu və ölkədən deportasiya edildiyi vurğulanır.

Qeyd edilib ki, kitabdakı məlumatlar Kimin adının çəkilməsini istəməyən Yaponiyadakı qohumlarının müsahibələrinə əsaslanır.