Rusiyada azərbaycanlı sahibkarlardan rüşvət alan yüksəkrütbəli polislər saxlanılıblar

Rusiyanın Leninqrad vilayətinin Vsevolojsk rayonunun 87, 88, 97 və 128-ci polis bölmələrinin yüksəkrütbəli əməkdaşları saxlanılıblar.
Liderxeber.az Rusiya KİV-ə istinadən xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsi məlumat yayıb.
Əməliyyatı Rusiya Daxili İşlər Nazirliyinin Daxili Təhlükəsizlik Baş İdarəsinin əməkdaşları keçiriblər.
Qeyd olunub ki, azərbaycanəsilli sahibkarlar onlara himayə etsinlər deyə Vsevolojsk rayon polis əməkdaşlarına 154 min rubl (təxminən 3.3 min manat - red.) pul verib. Öz növbəsində, vəzifəli şəxslər sahibkarların keyfiyyətsiz tütün və spirtli içkilər satmasına göz yumublar.
Həmçinin şübhəli bilinən polis əməkdaşlarının yaşadığı evlərdə və sahibkarların ticarət obyektlərində axtarışlar aparılıb.
Oxşar Xəbərlər:

21 iyul 2024, Bazar günü
Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib

25 may 2024, Şənbə
Prezident İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin əfvi ilə bağlı Sərəncam imzalayıb - SİYAHI

08 may 2024, Çərşənbə
Masazırda saxta spirtli içkilər hazırlayan sex aşkarlanıb, dəstə üzvləri saxlanılıb