Pressa.az » Dünya » Türkiyədə fevraldan bu yana 38 min afterşok baş verib

Türkiyədə fevraldan bu yana 38 min afterşok baş verib

26 may 2023, Cümə, 18:04
Türkiyədə fevraldan bu yana 38 min afterşok baş verib

Türkiyədə fevralın 6-sı baş verən dağıdıcı zəlzələlərdən sonra 38 minə yaxın afterşok qeydə alınıb.

LiderXəbər “TRT Haber”ə istinadən xəbər verir ki, bu barədə məlumatı AFAD-ın Zəlzələ və Risklərin Azaldılması şöbəsinin direktoru Orxan Tatar açıqlayıb. 

O, fevralda 7 bal gücündə baş verən 2 güclü zəlzələ kimi böyük təbii fəlakətlərdən sonra uzun müddət afterşokların davam edə biləcəyini vurğulayıb.