Pressa.az » Dünya » Üç ölkə İrana avqustun sonunadək vaxt verdi

Üç ölkə İrana avqustun sonunadək vaxt verdi

16 iyul 2025, Çərşənbə, 08:26
Üç ölkə İrana avqustun sonunadək vaxt verdi

ABŞ, Fransa, Almaniya və Böyük Britaniya İranla nüvə sazişinin əldə olunması üçün son tarix kimi avqustun axırını təyin etmək qərarına gəliblər.

Liderxeber.az xəbər verir ki, bu barədə "Axios" portalı mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, ABŞ dövlət katibi Marko Rubio ilə Fransa, Almaniya və Böyük Britaniyanın xarici işlər nazirləri bazar ertəsi telefon danışığı zamanı bu barədə razılığa gəliblər.

Bu müddətə qədər yeni razılaşma əldə olunmasa, üç Avropa ölkəsi 2015-ci il İran razılaşmasının bir hissəsi olaraq BMT Təhlükəsizlik Şurasının ləğv etdiyi bütün sanksiyaların avtomatik bərpası mexanizmini işə salmağı planlaşdırır.