Tramp “Coca-Cola”nın tərkibini dəyişdirir

“Coca-Cola”nın tərkibi dəyişdirilə bilər.
Liderxeber.az CNN-ə istinadən xəbər verir ki, ABŞ prezidenti Donald Tramp bu barədə şirkətlə razılığa gəlib.
“Mən “Coca-Cola”da qamış şəkərindən istifadə haqqında şirkətlə danışdım və onlar buna razılıq verdilər. Oradakı səlahiyyətli şəxslərin hamısına təşəkkür etmək istərdim”, - deyə Tramp sosial şəbəkə hesabında bildirib.
“The Coca-Cola Company”nin sözçüsü isə dəyişikliyi təsdiqləməyib. Lakin CNN-ə verdiyi açıqlamada bildirib ki, Trampın brendə olan həvəsini yüksək qiymətləndirirlər: “Məhsul çeşidimizdəki yeni innovativ təkliflər haqqında ətraflı məlumat tezliklə paylaşılacaq”.
Qeyd edilir ki, hazırda sözügedən qazlı içkidə qarğıdalı siropundan istifadə olunur.
Oxşar Xəbərlər:

21 iyul 2024, Bazar günü
Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib

23 aprel 2024, Çərşənbə axşamı
Azərbaycan və Rusiya prezidentlərinin BAM veteranları və işçiləri ilə birgə görüşü keçirilib - FOTO