“Trampı ABŞ-ni idarə etmək üçün seçiblər, imperator olmaq üçün yox”

“ABŞ Prezidenti Donald Tramp özünü dünyanın imperatoru hesab etməməlidir, bu həm xarici tərəfdaşlar, həm də Amerika seçiciləri baxımından yolverilməzdir”.
Liderxeber.az xəbər verir ki, bunu Braziliya Prezidenti Luis İnasiu Lula da Silva “CNN International”a müsahibəsində bildirib.
“Prezident Tramp unutmamalıdır ki, onu Birləşmiş Ştatları idarə etmək üçün seçiblər, dünyanın imperatoru olmaq üçün yox”, - deyə Braziliya lideri vurğulayıb.
Xatırladaq ki, Tramp avqustun 1-dən Braziliya məhsullarına 50 faizlik rüsum tətbiq ediləcəyini bəyan edib. Cavab olaraq Braziliya prezidenti iqtisadi qarşılıqlılıq haqqında qanunu imzalayıb.
Oxşar Xəbərlər:

21 iyul 2024, Bazar günü
Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib

06 noyabr 2024, Çərşənbə
Tarixi seçkilər başa çatdı: ABŞ-nin 47-ci prezidenti Donald Trampın vədləri nələrdir?

09 aprel 2025, Çərşənbə
ABŞ prezidentinin rüsum siyasəti: Limanlar idxal olunan avtomobillərlə dolub-daşdı

23 aprel 2024, Çərşənbə axşamı
Azərbaycan və Rusiya prezidentlərinin BAM veteranları və işçiləri ilə birgə görüşü keçirilib - FOTO