Rekord gücə malik elektrik mühərriki yaradıldı

Böyük Britaniyanın "Yasa Limited" şirkəti rekord gücə malik elektrik mühərriki hazırladığını elan edib.
Liderxeber.az xəbər verir ki, bu barədə "Autocar" yazır.
Nəşrin məlumatına görə, güc-çəki nisbəti baxımından yeni qurğunun göstəriciləri mövcud sənaye standartlarından iki dəfə yüksəkdir.
Qeyd olunub ki, bu cür mühərriklərin kütləvi istehsalı planlaşdırılır.
"Yasa" elektrik mühərrikinin çəkisi 13.1 kiloqramdır və 748 at gücünə malikdir.
Beləliklə, yeni qurğunun hər kiloqramına təxminən 57 at gücü düşür ki, hazırda sənaye standartı təxminən 20 at gücü/kq hesab olunur.
Oxşar Xəbərlər:

21 iyul 2024, Bazar günü
Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib

07 yanvar 2025, Çərşənbə axşamı
Xaricdən maşın gətirmək istəyənlər oxusun! - Bu halda gömrük rüsumu ödənilmir

26 iyun 2025, Cümə axşamı
Hacıqabul Quşçuluq Şirkəti: Qərəzli kampaniyalara qarşı hüquqi tədbirlər görüləcək