İranın nüvə proqramı üzrə üçtərəfli görüş keçirilib

İyulun 22-də Tehranda İran, Rusiya və Çin nümayəndələri arasında üçtərəfli görüş keçirilib və danışıqların əsas mövzusu İranın nüvə proqramı ətrafında böhranın tənzimlənməsi olub.
Liderxeber.az bu barədə "Tasnim" agentliyinə istinadla xəbər verir.
Məlumata görə, tərəflər məsləhətləşmələri davam etdirmək və İranın nüvə proqramı ilə bağlı böhranın həlli üçün öz fəaliyyətlərini əlaqələndirmək barədə razılığa gəliblər.
Görüşlərin "müxtəlif səviyyələrdə qarşıdakı həftələrdə" davam edəcəyi qeyd edilir.
Oxşar Xəbərlər:

03 iyul 2024, Çərşənbə
Astanada Azərbaycanla Çin arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə qəbul olunub

21 iyul 2024, Bazar günü
Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib

03 dekabr 2024, Çərşənbə axşamı
Türkiyə bayraqları ilə gözdağı, Hələbdən başlanan qanlı yol - Suriyanın gələcəyi necə olacaq?