Pressa.az » Dünya » Paşinyan Anna ilə niyə evlənmədiyini açıqladı

Paşinyan Anna ilə niyə evlənmədiyini açıqladı

24 iyul 2025, Cümə axşamı, 09:01
Paşinyan Anna ilə niyə evlənmədiyini açıqladı

“1990-cı illərdə müxalif siyasətlə məşğul olduğum üçün bilirdim ki, məni həbs edəcəklər, mühakimə edəcəklər və əmlakım müsadirə olunacaq”. 

Liderxeber.az “News.am”a istinadən xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan deyib.

O bildirib ki, bu səbəbdən həyat yoldaşı Anna Akopyanla rəsmi nikaha daxil olmayıb:

“Mən yalnız bir səbəbdən evlənməmişəm – ailəmi qorumaq üçün. Aldığımız ev Annanın adına rəsmiləşdirilib, baxmayaraq ki, onu birlikdə almışıq. Mənə nə edəcəklərini başa düşürdüm. Və ən azı övladlarımın yaşayacağı yerin olmasını istəyirdim. Evlənməməyimizin başqa səbəbi yoxdur”.

Xatırladaq ki, Paşinyan ötən il Anna ilə rəsmi olaraq evli olmadığını açıqlamışdı.