Pressa.az » Dünya » Hindistandan dünya kino sənayesində bir İLK

Hindistandan dünya kino sənayesində bir İLK

28 iyul 2025, Bazar ertəsi, 09:00
Hindistandan dünya kino sənayesində bir İLK

Hindistanda "Dəlicəsinə aşiq" ("Raanjhanaa") romantik dramı süni intellekt tərəfindən yaradılan alternativ sonluqla yenidən nümayiş etdiriləcək.

Liderxeber.az "The Guardian"a istinadən xəbər verir ki, bu, qlobal kino sənayesində ilk haldır.

"Dəlicəsinə aşiq" ilk dəfə 2013-cü ildə ekranlara çıxıb. Film hindli və müsəlman qadının faciəvi sevgisindən bəhs edir.

Film avqustun 1-də "Ambikapatiya" adı ilə yenidən ekranlara çıxacaq. Yeni versiyada faciəli sonluq süni ilintellektin köməyi ilə xoşbəxt sonluqla əvəz olunacaq.