İran İslam Respublikasının Ali Rəhbəri Əli Xamenei: "Nüvə proqramı ABŞ üçün bəhanədir"

İranın nüvə proqramı ABŞ-nin İslam Respublikası ilə qarşıdurmanı davam etdirməsi üçün bəhanədir.
Liderxeber.az "Tasnim" agentliyinə istinadən xəbər verir ki, bu açıqlama ilə ölkənin Ali Rəhbəri Əli Xamenei çıxış edib.
"Nüvə problemi, uranın zənginləşdirilməsi, insan haqları və bu qəbildən olan şeylər sadəcə bəhanədir. Əslində, onlar bizim əqidəmiz və təlimlərimizə qarşıdırlar", - deyə Əli Xamenei qeyd edib.
Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp bir neçə gün əvvəl İrana xəbərdarlıq edib. O bildirib ki, əgər İranın nüvə obyektlərini bərpa etməyə cəhd edərsə, yeni zərbələrə hədəf olacaq.
Oxşar Xəbərlər:

21 iyul 2024, Bazar günü
Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib

25 may 2024, Şənbə
Prezident İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin əfvi ilə bağlı Sərəncam imzalayıb - SİYAHI

06 noyabr 2024, Çərşənbə
Tarixi seçkilər başa çatdı: ABŞ-nin 47-ci prezidenti Donald Trampın vədləri nələrdir?