Kiyev atəşə tutulub, ölənlər və yaralananlar var
Rusiya Silahlı Qüvvələrinin Ukraynanın paytaxtı Kiyevi atəşə tutması nəticəsində 3 nəfər ölüb, 14 nəfər yaralanıb.
LiderXəbər xəbər verir ki, bu barədə Kiyev Şəhər Hərbi Administrasiyası teleqramda məlumat yayıb.
Şəhərin meri Vitali Kliçkonun sözlərinə görə, paytaxtın iki rayonunda zərərsizləşdirilən hədəfin qalıqlarının düşməsi qeydə alınıb. Bildirilib ki, ölənlərin hamısı Desnyanski rayonunda olub. Bundan başqa, həlak olan 3 nəfərdən 2-si uşaqdır.