Putinlə Trampın görüşü hərbi bazada keçiriləcək

Alyaskada ABŞ və Rusiya Prezidentləri Donald Trampla Vladimir Putin arasında planlaşdırılan görüş Elmendorf-Riçardson hərbi bazasında keçiriləcək.
Liderxeber.az xəbər verir ki, bu barədə məlumatı öz mənbələrinə istinadən CNN telekanalı yayıb.
Bildirilib ki, yalnız Ankoric şəhərinin şimalında yerləşən həmin baza tarixi görüşün keçirilməsi üçün tələblərə cavab verib.
Xatırladaq ki, ABŞ və Rusiya prezidentləri arasında görüş avqustun 15-də Alyaska ştatının Ankoric şəhərində baş tutacaq.
Oxşar Xəbərlər:

21 iyul 2024, Bazar günü
Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib

23 aprel 2024, Çərşənbə axşamı
Azərbaycan və Rusiya prezidentlərinin BAM veteranları və işçiləri ilə birgə görüşü keçirilib - FOTO

06 avqust 2025, Çərşənbə
“Vaşinqtonun Cənubi Qafqaz siyasətində Azərbaycanın rolu daha da ön plana çıxıb”

13 may 2025, Çərşənbə axşamı
Zelenski ilə Putin Türkiyədə görüşəcəklər? - Sərt tələblər və ləğv edilməmiş qanun