Pressa.az » Ölkə » Bu gün Azərbaycanda qısa iş günü deyil - Rəsmi

Bu gün Azərbaycanda qısa iş günü deyil - Rəsmi

06 noyabr 2026, Cümə, 13:45
Bu gün Azərbaycanda qısa iş günü deyil - Rəsmi

“Bu gün Azərbaycanda qısa iş günü deyil”.

Bu barədə Lidrerxeber.az-n sorğusuna cavab olaraq Dövlət Əmək Müfəttişliyi Xidmətindən (DƏMX) bildirilib.

“Əmək Məcəlləsinin 108-ci maddəsinə əsasən, iş günü hesab edilməyən bayram günlərindən və Ümumxalq Hüzn Günündən bilavasitə əvvəlki iş gününün müddəti həftəlik iş günlərinin sayından asılı olmayaraq bir saat qısaldılır.

6 noyabr qeyd olunan günlərin ərəfəsinə təsadüf etmədiyindən, həmin tarix qısaldılmış iş günü hesab edilmir”, - rəsmi məlumatda bildirilib.

Qeyd edək ki, bu gün bir sıra media resurslarında 6 noyabrın Azərbaycanda qısa iş  günü olmasına dair məlumatlar yayılıb.