Ermənistanın Yekaterinburqdakı konsulluğu bağlanıb

Ermənistanıın Rusiyanın Yekaterinburq şəhərindəki konsulluğu fəaliyyətini dayandırıb.
Liderxeber.az “Ura.ru” agentliyinə istinadən xəbər verir ki, bu barədə məlumat Ermənistanın “Konsulstvo v Ekb” vatsap kanalında yayılıb.
“Əziz vətəndaşlar, Ermənistan Respublikasının Yekaterinburqdakı fəxri konsulu Narek Spartakyanın statusunun ləğv edilməsi ilə əlaqədar fəxri konsulun ofisi fəaliyyətini dayandırıb”, - deyə məlumatda qeyd olunub.
Qeyd edək ki, cari ilin iyul ayının sonunda mediada N.Spartakyanın diplomatik statusunun ləğv edilməsi ilə bağlı məlumat yayılıb. Avqustun əvvəli isə Ermənistan Xarici İşlər Nazirliyi fəxri konsulun istefaya göndərilməsini təsdiqləyib. Bununla belə, qərarın səbəbi açıqlanmayıb.
Oxşar Xəbərlər:

21 iyul 2024, Bazar günü
Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib

25 may 2024, Şənbə
Prezident İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin əfvi ilə bağlı Sərəncam imzalayıb - SİYAHI

24 dekabr 2024, Çərşənbə axşamı
Bu gün Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin doğum günüdür