Pressa.az » Dünya » 12 il azadlıqdan məhrum edilən Kolumbiyanın sabiq prezidenti azadlığa buraxılıb

12 il azadlıqdan məhrum edilən Kolumbiyanın sabiq prezidenti azadlığa buraxılıb

20 avqust 2025, Çərşənbə, 09:27
12 il azadlıqdan məhrum edilən Kolumbiyanın sabiq prezidenti azadlığa buraxılıb

Boqota Ali Məhkəməsinin Cinayət Palatası Kolumbiyanın sabiq prezidenti Alvaro Uribe Velesin ev dustaqlığına buraxılması qərarını ləğv edərək, onun dərhal azadlığa buraxılması ilə bağlı qərar qəbul edib.

Liderxeber.az xəbər verir ki, məhkəmə qərarının mətnini yerli "Caracol" nəşri yayıb.

Belə ki, Ali Məhkəmə birinci instansiya məhkəməsinin hökmünün eks-prezidentin həbsdə saxlanmasını nəzərdə tutan hissəsini etibarsız hesab edib.

Xatırladaq ki, Kolumbiyanın keçmiş prezidenti Alvaro Uribe 12 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdi. O, fırıldaqçılıq və rüşvət ittihamı ilə hakim qarşısına çıxarılmışdı.