Yuxu iflici zamanı beyində nələr baş verir?
"Gecə saatlarında qəfil oyanma, yad birinin varlığını hiss etmə, qorxulu görüntülər görmə və hərəkət edə bilməmə yuxu iflicinin əsas əlamətləridir".
Bunu neyrobioloq Baland Cəlal "The Guardian" nəşrinə müsahibəsində deyib.
Alimin sözlərinə görə, yuxu iflici zamanı beyin qismən oyansa da, bədən hələ də hərəkətsiz vəziyyətdə qalır.
Mütəxəssis qorxulu obrazların yaranmasını beynin bədənin hərəkətsizliyini izah etməyə çalışması ilə əlaqələndirib.
O vurğulayıb ki, təşviş və narahatlıq hissi yuxu iflicinin yaranmasına təkan verən amillərdəndir.
Neyrobioloq belə qorxulu oyanmalar zamanı təşvişə düşməməyi, hərəkətsizliyi güc tətbiq edərək aradan qaldırmağa çalışmamağı və diqqəti başqa istiqamətə yönəltməyi tövsiyə edib.
Oxu.az
Oxşar Xəbərlər:
21 iyul 2024, Bazar günü
Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib
30 aprel 2025, Çərşənbə
Prezident İlham Əliyev Sumqayıt Kimya Sənaye Parkında bir sıra müəssisələrin açılışını edib
