Pressa.az » Cəmiyyət » Azərbaycanda bu il 116 uşaq övladlığa verilib

Azərbaycanda bu il 116 uşaq övladlığa verilib

14 noyabr 2026, Şənbə, 10:05
Azərbaycanda bu il 116 uşaq övladlığa verilib

2026-cı ilin yanvar-oktyabr aylarında Azərbaycanda övladlığa götürmə ilə bağlı 218 müraciət daxil olub, 116 uşaq övladlığa verilib.

Bu barədə Trend-in sorğusuna cavab olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyindən bildirilib

Qeyd edilib ki, hazırda övladlığa götürülmək üçün uyğun olan uşaqların sayı 114-dür.

Agentlikdən əlavə edilib ki, övladlığa götürmə prosesində əsas meyar uşağın üstün mənafeyinin təmin edilməsidir.

"Bu baxımdan, müraciət edən şəxslərin sosial-iqtisadi vəziyyəti, valideynlik potensialı və övladlığa götürmə məqsədləri qiymətləndirilir.

Ailənin gəlirlərinin müəyyən edilmiş tələblərlə uzlaşmaması, eləcə də müsahibə mərhələsində övladlığa götürmə məqsədlərinin uşağın mənafeyinə uyğun olmadığının müəyyən edilməsi müraciətə imtina verilməsi üçün əsaslar sırasındadır", - deyə vurğulanıb.

Xatırladaq ki, valideyn himayəsindən məhrum olmuş uşaqları övladlığa götürən şəxslər aylıq sosial müavinətlə (3-18 yaş arası hər uşağa görə 240 manat, əlilliyi olan hər uşağa görə 600 manat) təmin edilir.