Belarus İran vətəndaşlarına viza tələbini ləğv etdi

Belarus Prezidenti Aleksandr Lukaşenko İran vətəndaşlarının bu ölkəyə səfəri üçün viza rejiminin ləğv edilməsi barədə göstəriş verib.
"Azad İran" "Telegram" kanalı bu barədə "Tasnim News"a istinadən xəbər verir.
Bununla bağlı, İranın mədəni irs, turizm və sənətkarlıq naziri Rza Salehi Əmiri məlumat yayıb.
Nazirin sözlərinə görə, bu qərar İranla Belarus arasında turizm əlaqələrini möhkəmləndirmək və iranlı turistlərin bu ölkəyə səfərini asanlaşdırmaq məqsədi daşıyır.
Oxşar Xəbərlər:
07 avq 2025, 14:52
28 apr 2025, 15:15
17 may 2025, 14:42